Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb

Salyan sakini döyülərək öldürülüb.

“Report”un məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Əziz Sərvənəli oğlu Salayevin meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldüyü bildirilir.

Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More