İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.
Doğulan körpənin çəkisi 3 200 qram, boyu 54 santimetr olub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, tibb müəssisəsinin həkimləri tərəfindən T. Xamıyevanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.