“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, qurumun yeni direktoru Bahar Dadaşova olub.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.

Xatırladaq ki, N.İbrahimov bu vəzifəyə bu ilin mayında təyin edilmişdi.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More