Bakıda binanın qarşısında meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində qeydə alınıb.
Həmin küçədə ev 4/6-nın qarşısında naməlşum kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Ruslan Anatoliyeviç Rzayev olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.