“Füzuli” klubunun “Göygöl”lə görüşə 10 nəfərlə çıxmasının səbəbi bəlli olub

“Füzuli” klubunun “Göygöl”lə görüşə bir nəfər azlıqda çıxmasının səbəbini komandanın meneceri Rəşad Babayev futbolinfo.az saytına açıqlayıb.

Oxu.Az xəbər verir ki, Rəşad Babayev bildirib ki, maliyyə vəziyyətimiz yetərli olmadığı üçün bəzi futbolçular başqa sahələrdə də işləyir və həftəiçi olduğuna görə onlar işlədikləri yerlərdən icazə ala bilməyiblər. Əsas heyətdən bir neçə futbolçu isə xəstə olduğu üçün görüşə çıxmayıb.

“Əlbəttə, baş verən hadisələr bizim problemimizdir və həqiqətən vəziyyətin bu həddə qədər pisləşməsi bir futbol adamı kimi məni çox sarsıdıb. Amma 10 nəfərlə də olsa, 0:9 hesabı ilə uduzmağı komanda olaraq özümüzə yaraşdırmadım. Heyətimizdə təcrübəli futbolçular var, amma bu, yetmir, əskiklərimiz də çoxdur. Bunun da sıxıntılarını yeni mövsümdə artıqlaması ilə çəkirik. Buna baxmayaraq, növbəti oyunlara köklənməliyik. “Füzuli” bu vəziyyətə düşəcək klub deyil”, – deyə R.Babayev bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More