Mərdəkan istiqamətində yerləşən tuneldə subasma xüsusi texnika vasitəsilə aradan qaldırılır.
APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, bu hal şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıqdır və dünyanın heç bir şəhəri bundan sığortalanmayıb: “Belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunmaqdadır. Misal üçün İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər”.
Bakıda bu gün səhər saatlarından başlayan yağıntının normadan artıq olması müşahidə olunur.
BŞİH-də aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qurumları hərəkətə keçib.
Belə ki, Mərdəkan istiqamətində yerləşən tuneldə subasma xüsusi texnika vasitəsilə aradan qaldırılır.
Həmin görüntüləri təqdim edirik: