“Palmeyras”ın 17 yaşlı futbolçusu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb.

Oxu.Az xəbər verir ki, 17 yaşlı cinah oyunçusu buna A Seriyasında “Yuventude”yə 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Villian sözügedən qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb.

O, Braziliya çempionatında 10 qol və 8 assistlə yadda qalıb. Beləliklə, futbolçu 18 yaşadək oyunçular arasında yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, Neymar 2009-cu ildə “Santos”un heyətində 10 qol, altı məhsuldar ötürmə ilə yadda qalmışdı.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More