Türkiyədə sahibkar Fətullah Gülənin ölümü ilə əlaqədar endirim kampaniyası keçirib

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mobil telefon xidmətləri göstərən Süleyman Bayrak FETÖ lideri Fətullah Gülənin ölümü ilə əlaqədar endirim kampaniyası həyata keçirib.

Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Belə ki, o, iş yerinin pəncərəsindən “FETÖ lideri və terror təşkilatının lideri Gülənin ölümü şərəfinə 25 faiz əlavə endirim” yazısını asaraq müştərilərin diqqətini cəlb etməyə çalışıb.

Məlumat üçün əlavə edək ki, Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən bu gün Pensilvaniyada 83 yaşında vəfat edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More