UNEC-də yeni təyinat olub

UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.

Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, Rövnəq Rzayev 1970-ci il fevralın 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib. 2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiridir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More