BVF Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırdı

Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə Azərbaycanda ortaillik inflyasiyanı 2,1%, 2025-ci ildə 4,8%, 2029-cu ildə isə 4% səviyyəsində proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.

Aprel ayında BVF Azərbaycanda inflyasiyanı 2024-cü ildə 3,5%, 2025-ci ildə isə 5% səviyyəsində proqnozlaşdırırdı. 2029-cu il üçün proqnoz 4% səviyyəsində saxlanılıb.

Yaxın Şərq və Mərkəzi Asiya regionu üçün inflyasiyanın 2024-cü ildə 12,7%, 2025-ci ildə 9,3% olacağı proqnozlaşdırılır.

2023-cü ildə Azərbaycanda illik inflyasiya 2,1% təşkil edərək Mərkəzi Bankın hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşıb, orta illik inflyasiya isə 8,8% olub. Valyuta Fondu illik inflyasiyanın 2024-cü ildə 4,6%, 2025-ci ildə isə 5% səviyyəsində olacağını proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ortaillik inflyasiya 1,5% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları 0,4%, qeyri-qida məhsulları 1,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 3,3% bahalaşıb.

İqtisadiyyat Nazirliyi Azərbaycanda ortaillik inflyasiyanın 2024-cü ildə 2,7%, 2025-ci ildə 4,6%, 2026-cı ildə 4%, 2027-28-ci illərdə isə 3,8% olacağını proqnozlaşdırır.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More