Hindistanın baş naziri ilə görüşdə tərcüməçini yadından çıxaran Putin vəziyyətdən zarafatla çıxdı

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə BRICS sammiti çərçivəsində görüşdə tərcüməçini yadından çıxarıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Rossiya” telekanalının jurnalisti Pavel Zarubin özünün “Telegram” kanalında məlumat verib.

Bununla bağlı yayılan kadrlarda Putinin tərcüməçi barədə unutduğunu anlayanda güldüyü və zarafatla vəziyyətdən çıxdığı görünür.

“Bizim elə münasibətlərimiz var ki, mən düşünürdüm, siz hər şeyi belə də başa düşürsünüz”, – deyə Rusiya lideri Modiyə müraciət edib.

Hindistanın baş naziri ilə görüşdə tərcüməçini yadından çıxaran Putin vəziyyətdən zarafatla çıxdı


Hindistanın baş naziri ilə görüşdə tərcüməçini yadından çıxaran Putin vəziyyətdən zarafatla çıxdı


Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More