İsraildə İrana məsxus casus şəbəkəsi aşkarlandı

İsrail polisi İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“İsrail təhlükəsizlik xidmətləri İranın casus şəbəkəsini üzə çıxarıb, Tehran israilliləri casusluğa cəlb etməyə çalışıb. İranın iki kəşfiyyat agenti tərəfindən ikisi azyaşlı da daxil olmaqla yeddi israilliyə bütün ölkədəki hərbi bazalarda məlumat toplamaq üçün yüzlərlə tapşırıq verildiyi məlum olduqdan sonra onlar həbs edilib”, – agentlik xəbər verir.

İsrail polisinin məlumatına görə, ölkənin təhlükəsizliyinə ciddi ziyan dəyib.

Materialın müəllifləri əlavə ediblər ki, İsrail prokurorluğu yaxın günlərdə ittiham aktı verəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More