UNEC-də daha bir prorektor təyinatı olub

UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, bu vəzifənin icrası UNEC-in Keyfiyyət Təminatı şöbəsinin müdiri Hüseyn Həsənova həvalə edilib.

Hüseyn Həsənov 1989-cu ildə Bakıda anadan olub.

2007-2010-cu illərdə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində “Turizm və menecment” ixtisası üzrə bakalavr, 2012-2015-ci illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb.

2017-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan müavini və tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun müdiri vəzifəsini icra edib.

2017-ci ildən indiyədək Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramı çərçivəsində ATMU-da Azərbaycan Avstriya Turizm Proqramında (AATP) müəllim kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14.12.2021-ci il tarixli qərarı ilə Hüseyn Həsənova İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

O, 2021-ci ilin sentyabr ayında UNEC-də “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının müəllimi, 2022-ci ilin fevral ayından isə Keyfiyyət Təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

18 oktyabr 2024-cü ildən Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra edir.

Qeyd edək ki, dünən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More