ABŞ-də “McDonald’s”da kütləvi zəhərlənmə baş verib

ABŞ-də “McDonald’s” fastfud şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər müştəri isə xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

“Oktyabrın 22-nə olan məlumata görə, ümumilikdə 10 ştatda “E. coli O157:H7″ bakteriya ştamı ilə bağlı 49 hadisə qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Müştərilərin hamısının “Royal çizburger”dən infeksiyaya yoluxduğu vurğulanıb. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal edilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More