Aparıcı ilə qurum rəsmisi arasında gərginlik – Bakı qışa hazırdır?

“Azəristiliktəchizat”ın PR meneceri Rüxsarə Babayeva ilə Baku TV-nin aparıcısı Elçin Əlibəyli arasında gərginlik yaşanıb.

Belə ki, “Baku aktual” verilişində qonaq olan qurum rəsmisinə – “keçən illə bu ilin fərqi yeni təmir edilən qazanxanalardır, yoxsa əhali həqiqətən də istiliklə təmin olunacaq?” – sualını ünvanlayıb.

R.Babayeva istilik sistemi ilə bağlı yeniliklərin olacağını qeyd edərək bildirib ki, istilik yeni qazanxanadan ötürülürsə, effektivlik də artır.

Daha sonra aparıcı əhalinin mərkəzi istilik sisteminin keyfiyyətindən narazı olduğunu vurğulayaraq – “Azəristiliktəchizat” istiliyi qışda verməlidir, amma problem olur, yayda istilik verilir”, – deyə narazılığını bildirib.

Daha ətraflı süjetdə:

Aparıcı ilə qurum rəsmisi arasında gərginlik – Bakı qışa hazırdır?


Aparıcı ilə qurum rəsmisi arasında gərginlik – Bakı qışa hazırdır?




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More