ÇL-in Liqa mərhələsində III turun ilk oyun gününün ən yaxşı futbolçuları

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.

Oxu.Az xəbər verir ki, “Milan” – “Brügge” görüşünün fərqlənən futbolçusu Tiyyan Reynders olub.

“Srena Zvezda” ilə qarşılaşan “Monako”nun 5:1 hesablı qələbəsində pay sahibi olan futbolçu Takumi Minamino ən yaxşılardan biri olub.

“Şaxtyor”a qarşı oyunda minimalhesablı qələbəyə sevinən “Arsenal”ın futbolçusu Qabriel Martinelli də yaxşılardan olub.

“Aston Villa” – “Boloniya” matçında Con Duran, “Jirona” – “Slovan Bratislava” görüşündə isə Miqel Quiterreş fərqlənməyi bacarıb.

“Yuventus” – “Ştutqart” matçın ən yaxşı oyunçusu adını Mattia Perin qazanıb.

PSJ – PSV görüşündə fərqlənən futbolçu isə Əşrəf Hakimi olub.

Gecənin məhsuldarlığı ilə yadda qalan görüşündə “Real Madrid” – “Borussiya Dortmund”u 5:2 hesablı geridönüşlə məğlub edib. Matçın qəhrəmanı isə Vinisus Juniyor olub.

“Ştrum Qraz” – “Sportinq” matçında isə Viktor Qyökereş ən yaxşı oyunçu mükafatına yiyələnib.

Qeyd edək ki, III turun görüşlərinə bu gün keçiriləcək doqquz oyunla yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More