İki oğlu şəhid olan ana: “Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər”

Baku TV Vətən müharibəsində şəhid olan iki qardaş – Əli və İslam Əhmədovlar haqqında reportaj hazırlayıb.

Övladlarının yoxluğu ilə barışmağın çətinliyindən danışan şəhid anası Sevinc Əhmədova onları atasız böyütdüyünü qeyd edib:

“Uşaqlar balaca olanda ataları vəfat etdi. Onları tək böyütdüm. Uşaqlıqdan mənə arxa-dayaq idilər”.

S.Əhmədova əvvəlcə Əlinin, ardınca isə İslamın şəhidlik xəbərini aldığını söyləyib:

“Sentyabrın 27-də axşam dedilər ki, İslam sağdır, şəhid olmayıb, Əlinin dəfninə gələcək. Amma gözlədik, gəlmədi. Sentyabrın 28-də Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər. Onu da elə həmin gün dəfn etdik”.

Daha ətraflı süjetdə:

İki oğlu şəhid olan ana: “Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər”


İki oğlu şəhid olan ana: “Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər”




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More