Lukaşenko növbəti prezident seçkisində iştirak edəcəyini bəyan edib

Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin yanvarında keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bəyan edib.

Oxu.Az bu barədə TASS-a istinadən məlumat verir.

“Bəli, iştirak edəcəyəm”, – deyə o, “Rossiya-1” kanalında yayımlanan “60 dəqiqə” proqramının aparıcısı Olqa Skabeyevanın müvafiq sualına cavab verib. Müsahibədən çıxarışı O.Skabeyeva öz “Telegram” kanalında paylaşıb.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More