Bakının Nərimanov rayonunda yerləşən və “Yaşıl bazar” kimi tanınan ərazidəki işıqforun nasazlığı sürücülərin çaşqınlığına səbəb olur.
Bununla bağlı Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, problemli işıqforun eyni anda həm yaşıl, həm də sarı işığı yanır və sürücülərdə çaşqınlıq yaradır, qəza riskini artırır.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) sorğu ünvanlanıb.
Əzizə İsmayılova