Milli Basketbol Assosiasiyasında (NBA) baş tutan “Los-Anceles Leykers” “Minnesota Timbervulvs” oyunu əlamətdar hadisə ilə yadda qalıb.
Oxu.Az bu barədə “Sovsport”a istinadən xəbər verir.
Belə ki, “Leykers”in heyətində əfsanəvi Lebron Ceyms və onun oğlu Bronni Ceyms eyni komandanın heyətində meydana çıxıblar. Bu, NBA tarixində yaşanan ilk hal kimi tarixə düşüb.
Məlumat üçün əlavə edək ki, oyun 110:103 hesabı ilə meydan sahibi “Leykers”in qələbəsi ilə başa çatıb.