UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq “Ayaks” Bakıda “Neftçi Arena”da son məşqinə çıxıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi isə məşq prosesini “Azərsun Arena”da keçirib.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də keçiriləcək.
Anar Həsənov