Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) 23 oktyabr 2024-cü il tarixində Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) qarşı törədilən hücumdan sonra Suriya və İraqın şimalında yerləşən PKK hədəflərini məhv edib.
Oxu.Az bu barədə milliyet.com.tr-ə istinadən xəbər verir.
Məlumata görə, MİT tərəfindən həyata keçirilən əməliyyatlarda Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan təşkilata məxsus sözügedən hərbi, kəşfiyyat, enerji-infrastruktur obyektləri, logistika və sursat anbarları kimi çoxsaylı strateji nöqtələr hədəfə alınıb. Həyata keçirilən hava əməliyyatında 32 terror hədəfinin məhv edilib, çoxsaylı terrorçular zərərsizləşdirilib.
Qeyd edək ki, dünən Ankarada terror aktı törədilib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.