Fransanın “Auchan” hipermarket şəbəkəsi Rusiya bazarından çıxmağa qərar verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “La Lettre” jurnalı bildirib.
Bildirilib ki, şirkət artıq Rusiyadakı biznes payının potensial alıcılarını tapıb. Digər təfərrüat verilməyib.
Nəşrin mənbəyinə görə, Rusiyadan çıxmağın səbəblərindən biri ölkədə iş şəraitinin pisləşməsidir.
2023-cü ilin fevralında “The Insider” öz araşdırmasında bildirib ki, “Auchan” yerli bölməsi Ukrayna müharibəsinin əvvəlindən Rusiya qoşunlarına mallar tədarük edib. Fransanın mağazalar şəbəkəsi bu ittihamları rədd edib.