UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq “Qarabağ” – “Ayaks” (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
“Ayaks”: Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.
Azərbaycan təmsilçisi “Qarabağ” bu gün UEFA Avropa Liqasının III turunda Niderlandın “Ayaks” klubunu qəbul edəcək.
Oxu.Az xəbər verir ki, bu, “Qarabağ”ın doğma divarlar arasında keçirdiyi ikinci oyunu olacaq.
Matçda ədaləti FIFA referisi Nikolas Ualşın başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası qoruyacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, Avropa Liqasının bu mərhələsində “Qarabağ” bundan öncəki hər iki oyunda məğlub olub. Səfərdə “Tottenhem”ə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz ev oyununda “Malmö”nün qapısından bir qol keçirsə də, son nəticədə 1:2 hesabı ilə uduzub.
UEFA Avropa Liqası
III tur
Saat 20:45, “Qarabağ” – “Ayaks”
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Avropa Liqası: “Qarabağ” və “Ayaks” komandalarının start heyətləri açıqlanıb