Bu gecə Bakı şəhərində skuter sürən xanımı maşın vurub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) sorğu ünvanladıq.
İdarənin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
“Hadisə gecə saat 22:00-da Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Ceyhun Firəddin oğlu Məmmədov idarə etdiyi BYD markalı, 77-SR – 823 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə skuter sürən xanımı vurub. Hadisə nəticəsində skuter sürən Lətifə Anar qızı Əmrahova xəsarət alıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova