BRICS ölkələrinin liderləri hələlik yeni üzvlərin qəbulunu təxirə salıblar

BRICS üzv dövlətlərinin başçıları Kazanda (Rusiya Federasiyası) keçirilən sammitdə birliyə yeni üzvlərin qəbul edilməməsi və bəzi ölkələrə birliyin tərəfdaş statusunun verilməsi barədə qərar qəbul ediblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı məlumat verib.

“BRICS dövlət başçıları Kazanda keçirilən görüşdə 30-35 ölkənin birliyə üzv olmaq xahişinə cavab olaraq qərara alıblar ki, hazırda qrupa yeni üzvlər qəbul edilməyəcək və bəzi ölkələr BRICS-ə tərəfdaş qismində qoşulacaqlar”, – nazirin sözlərini IRNA agentliyi təqdim edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More