Qroznı (Çeçenistan, Rusiya) ətrafında naməlum şəxslər Rusiya Qvardiyasının hərbi karvanına hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a qurumun mətbuat xidməti məlumat verib.
Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
“Qroznı ətrafında naməlum şəxslər hərbi karvana hücum ediblər. Atışma nəticəsində hərbçilərdən biri ölüb, digəri isə yaralanıb”, – məlumatda deyilir.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona bütün lazımi köməklik göstərilib.
“Hücum edənlərin axtarışı və saxlanılması üçün tədbirlər görülür”, – Rusiya Qvardiyası yekunlaşdırıb.