Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin mükafatlarına namizədləri açıqlamaqda davam edir.
Oxu.Az xəbər verir ki, qurum pleymeyker mükafatlarına iddiaçıları da təqdim edib.
Ən yaxşı kişi pleymeyker adına 15 futbolçu namizəddir. Onlar arasında Lionel Messi də yer alıb. Kevin de Bruyne, həmçinin Hakan Çalhanoğlu və İlkay Gündoğan da namizədlər sırasındadırlar: Kevin De Bruyne, Bruno Fernandes, Hakan Çalhanoğlu, Camal Musiala, Martin Edeqor, Cud Bellinqem, Toni Kroos, Dani Olmo, Florian Virts, İlkay Gündoğan, Lionel Messi, Xames Rodriges, Yunus Musa, Mohammed Kudus, Li Kanq İn.
Qadın futbolçular arasında ən yaxşı pleymeyker adına 10 oyunçu iddia edir: Aytana Bonmati, Lindsey Horan, Qreys Qeyoro, Lauren Ceyms, Manuela Culiano, Mariona Kaldentey, Alekseya Putellas, Leysi Santos, Yui Haseqava, Petri Quiyarro.
Qeyd edək ki, ən yaxşılar IFFHS-in ölkələrdəki nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.