Emin Əmrullayev: “Direktor tapmaqda çətinlik çəkirik”

“Bəzi hallarda məktəbdə işləyəcək direktorluğa namizəd olacaq şəxs tapmaqda çətinlik çəkirik”.

Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, buna baxmayaraq, hazırda direktor qəbulu üçün minimal sayda vakansiya elan edilib:

“Məktəblərin sayı 4400 olanda bu 44 nəfər, təxminən 1% edir. Bu rəqəm sizə böyük gələ bilər. Lakin faiz nöqteyi-nəzərindən vakansiya 5-6 faiz olacaq, bu isə haradasa bir neçə yüz nəfər deməkdir. Bunun qarşısı alınmazdır. Əsas olan odur ki, bizim qaydamız, prosedurumuz var və ona uyğun olaraq prosesi davam etdiririk”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More