“Bu il ilk dəfə ibtidai siniflər də STEAM-ə cəlb olunublar”.
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, gələcəkdə, növbəti standartlar dəyişəndə STEAM komponentindən yararlanan 3D çarx və ya robototexnikanın elementləri Texnologiya və informatika fənninin məzmununa daxil edilə bilər.
Aygün Mirakif