“Haber Global”da Ankaradakı terror nəticəsində yaralanan şəxslər barədə süjet yayımlanıb

Ötən gün Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum zamanı xəsarət alan işçilərin son vəziyyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global”da videosüjet yayımlanıb.

Telekanalın müxbiri Sercan Bilgi qeyd edib ki, silahlı hücum nəticəsində xəsarət alan şəxslərin əksəriyyəti Ankaranın Bilkent Şəhər Xəstəxanasında müalicə alır.

“Terror nəticəsində yaralanan 22 nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağırdır. Yaralılardan yeddisi terrorçulara qarşı əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır”, – deyə mətbuat işçisi bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya xəstəxanada müalicə alan şəxsləri ziyarət edib, müvafiq göstərişlərini veriblər.

“Haber Global”da Ankaradakı terror nəticəsində yaralanan şəxslər barədə süjet yayımlanıb


“Haber Global”da Ankaradakı terror nəticəsində yaralanan şəxslər barədə süjet yayımlanıb




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More