İran hökuməti 12 güneyli milli fəala 88 il həbs cəzası verdi

İranda qəddarlığı ilə tanınan hakim Əbülqasım Səlavatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi 12 güneyli milli fəala ümumilikdə 88 il həbs cəzası verib.

Oxu.Az xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.

Qeyd olunur ki, onların həbsdən sonra iki il müddətinə ictimai və siyasi fəaliyyətlərinə, eləcə də partiyalara üzvlüyünə də qadağa qoyulub.

“Daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq”, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “casusluq”da günahlandırılan Bağır Hacızadə 13 il, Ayaz Seyfxah 13 il, Araz Amani 13 il, Vədud Əsədi 9 il 6 ay, Əbdüləziz Əzimi Qədim 6 il, Murtuza Pərvin 6 il, Tahir Nəqəvi 6 il, Salar Tahir Əfşar 5 il, Hüseyn Piri 5 il, Səid Minayi 5 il, Kamal Nuri 3 il və Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum ediliblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More