Oğuz sakininin uzun illər aldığı ünvanlı dövlət sosial yardımı dayandırılıb.
Xezerxeber.az-ın məlumatına görə, Oğuz sakini Sərdar Hacıyevin bir ayağı olmadığından ona 2009-cu il fevralın 27-də birinci qrup əlillik təyin edilib.
S.Hacıyev, həmçinin aztəminatlı ailə olduğuna görə illərdir ki, ünvanlı sosial yardım da alıb. Lakin bir müddət əvvəl həmin yardım dayandırılıb. Ünvanlı sosial yardımın bərpası üçün bir neçə aydır etdiyi müraciətlərə də imtina cavabı gəlir.
Onun ailəsi hazırda da aztəminatlı olduğuna görə ünvanlı sosial yardımının bərpa edilməsini istəyir.
Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, S.Hacıyevin müraciətinə əsasən, ailəyə oktyabrın 1-dən 1 il müddətinə ünvanlı sosial yardım təyin olunub. Bank kartı hazır olduqdan sonra vətəndaşa SMS-bildiriş göndəriləcək.
Ətraflı süjetdə:
Oğuzda aztəminatlı ailənin sosial yardımı dayandırılıb