“Qatar Airways” İsrailin İrana gözlənilən zərbəsi fonunda İraq, İran və Livan istiqamətində uçuşları dayandırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Yaxın Şərqdəki hazırkı vəziyyətlə əlaqədar “Qatar Airways” İraq, İran və Livana uçuşları qeyri-müəyyən müddətə dayandırıb”, – aviaşirkətin bəyanatında deyilir.
“İordaniyanın paytaxtı Ammana uçuşlar yalnız gündüz saatlarında həyata keçiriləcək”, – aviaşirkətdən bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə çoxlu sayda raket atıb. İsrail hərbçiləri bu atəşə lazım bildikləri vaxt cavab verəcəklərini deyiblər.