Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun son oyun günündən sonra turnir cədvəlində dəyişiklik olub.
Oxu.Az xəbər verir ki, hər üç görüşdə qələbə qazanan “Aston Villa” və “Liverpul” doqquz xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşürlər. Hərəyə yeddi xalı olan “Mançester Siti”, “Monako”, “Brest”, “Bayer Leverkuzen”, “İnter”, “Sportinq” və “Arsenal” isə 3-9-cu sıralarda qərarlaşıblar.
Aktivində altı xalı olan “Barselona”, “Borussiya Dortmund”, “Real Madrid”, “Benfika”, “Yuventus”, “Lill”, “Feyenoord” isə 10-16-cı pillələrdə yer alıblar.
Aktivində beş xalı olan “Atalanta” 17-ci sırada yerləşib. Hərəyə dörd xalı olan “Ştutqart”, PSJ, “Seltik”, “Sparta Praqa”, “Dinamo Zaqreb” isə 18-22-ci yerləri bölüşürlər.
23-27-ci yerləri bölüşən “Bavariya”, “Jirona”, “Milan”, “Brügge” və “Atletiko Madrid”in isə aktivində üç xalı var. PSV iki xalla 28-ci sıradadır.
Hərəyə cəmi bir xalı olan “Boloniya” və “Şaxtyor” 29-30-cu pillələri bölüşürlər.
Xalsız olan “Leypziq”, “Şturm Qraz”, “Zalsburq”, “Yanq Boyz”, “Srvena Zvezda” və “Slovan Bratislava” isə 31-36-cı yerlərdə qərarlaşıblar.