“Mercedes-Benz”in üçüncü rübün nəticələrinə görə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalaraq 2.52 milyard avro təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
İyul-sentyabr ayları ərzində marja (satışların rentabelliyi, buraxılış qiyməti ilə maya dəyəri arasında olan fərqdir – red.) hədəf göstəricisi 8 faiz olduğu halda reallıqda 4.7 faizə qədər azalıb.
Bundan əlavə, bu, 2021-ci ilin sonundan bəri ən aşağı marja səviyyəsidir.
Qeyd olunub ki, Çindəki iqtisadi tənəzzül alman avtomobil nəhənginə ağır zərbə vurub. Belə ki, markanın avtomobillərinə, xüsusən “S-Class” və “Maybach” modellərinə tələb nəzərəçarpacaq dərəcədə azalıb.