Amansızlıqla öldürülən səkkiz yaşlı Narinin qətlindən bir saat əvvəlki görüntüləri üzə çıxdı

Diyarbəkirdə (Türkiyə) avqustun 21-də itkin düşən, 19 gün sonra çay yatağında cəsədi tapılan səkkiz yaşlı Narin Güranın öldürülməzdən təxminən bir saat əvvəlki görüntüləri yayımlanıb.

Oxu.Az-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, kadrlar məktəbin təhlükəsizlik kamerası ilə çəkilib.

Aydın olur ki, Narin saat 14:02-də böyük əmisi H.G.-nin evinə doğru gedir, iki dəqiqə sonra isə – saat 14:04-də qaçaraq uzaqlaşır.

İddiaya görə, o, H.G.-nin evində dostlarının Quran kursuna getdiklərini öyrənib, ona görə qaçaraq kursa yollanıb.

O da vurğulanır ki, kameranın saatının dörd dəqiqə irəli olduğu müəyyən edilib.

İstintaq davam edir.

Xatırladaq ki, itkin düşəndən 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində cəsədi tapılan Narin Güranın qətli ilə bağlı 12 nəfər saxlanılıb. Onlardan dördü barəsində – avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran, anası Yüksel Güran və qardaşı Enes Güran ilə cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyar mütəşəkkil cinayət törətməkdə ittiham olunublar, onlar barəsində “uşağı qəsdən öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More