Avropa Liqası: “Beşiktaş” ilk qələbəsini qazandı

UEFA Avropa Liqasının liqa mərhələsində III turun növbəti görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” Fransada “Lion”un qonağı olub. Ağ-qaralar cəmi bir qolla matçın taleyini həll ediblər. 71-ci dəqiqə Fernandes qapını sərrast nişan alıb – 0:1.

Digər matçda İngiltərə “Tottenhem”i Niderlandın “AZ Alkmaar” klubunu sınağa çəkib. London klubu qarşılaşmadan qalib tərəf kimi ayrılıb. Oyunda yeganə qolu 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Rişarlison vurub – 1:0.

İtaliyada yerli “Roma” Kiyev “Dinamo”su ilə qüvvəsini sınayıb. Burada da yeganə qol 23-cü dəqiqədə penaltidən vurulub. Dovbikin dəqiq zərbəsi meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, hazırda Avropa Liqasında turnir cədvəlinə 9 xalla “Latsio” başçılıq edir. Eyni xala malik “Tottenhem” 2-ci, “Lion” 6 xalla 10-cudur. “Beşiktaş”a gəlincə, 27-ci sırada qərarlaşan “qara qartallar”ın hesabında 3 xal var.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More