“Bu terror hücumunda Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) seçilməsi təsadüfi deyil. Terrorçular təkcə bir şirkəti deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar”.
Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, bu açıqlama ilə BRICS-in Kazanda keçirilən sammitindən ölkəsinə qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Türkiyənin hüquq mühafizə orqanları terrorun qarşısını alarkən ölkənin gələcəyini canları bahasına müdafiə ediblər:
“Təəssüflər olsun ki, xain hücumda şəhidlərimiz oldu, çoxlu yaralımız var”.
Türkiyə prezidenti vurğulayıb ki, təhlükəsizlik qüvvələri hücumu həyata keçirən terrorçuları çox qısa müddətdə zərərsizləşdirib:
“Bu terror hücumunun Suriyadan sızma nəticəsində meydana gəlmək ehtimalını xüsusi olaraq öyrənirik. Bu məqsədlə gecə boyu 40 fərqli yerdə əməliyyatlar keçirilib. Bu əməliyyatlarla terrorçulara ən ağır cavab veriləcək”.