A seriyasının sabah keçirilməli olan “Bolonya” – “Milan” matçı təxirə salınıb.
Oxu.Az xəbər verir ki, İtaliyanın şimal-şərqində yağan güclü yağış və daşqınlar matçın təxirə salınmasına səbəb olub.
Bolonyada bir neçə gün əvvəl güclü leysan olub və fəsadları hələ aradan qaldırılmayıb.
Bununla yanaşı, yenidən daşqın proqnozu verilib.
Qeyd edək ki, matçın nə vaxt keçiriləcəyi ilə bağlı qərar hələlik açıqlanmayıb.