“Tesla” ucuz elektrikli avtomobil yaratmağa söz verib

İnnovativ elektrik avtomobilləri ilə tanınan “Tesla” şirkəti ucuz elektromobil modelinin yaradılması planlarını açıqlayıb. Üçüncü rüb üzrə məlumatların açıqlanması hesabatına əsasən, şirkət 2025-ci ilin əvvəlində sərfəli elektromobillərin istehsalına başlamağı planlaşdırır.

Oxu.Az bu barədə “Engadget”ə istinadən xəbər verir.

Məlumata görə, “Tesla” büdcə elektromobilinin yaradılması üçün yeni platforma hazırlayacaq. Lakin istehsal xərclərini azaltmaq üçün mövcud modellərin istehsalında istifadə olunan eyni montaj xətlərindən istifadə etməyi planlaşdırır. Bu yanaşma “Tesla”ya xərcləri optimallaşdırmağa və keyfiyyətə xələl gətirmədən alıcılara sərfəli elektromobil təklif etməyə imkan verəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More