Tovuza qonaq gedən iki qardaş faciəli şəkildə öldü

Tovuza qonaq gedən iki qardaş dəm qazından boğularaq ölüb.

Oxu.Az-ın məlumatına görə, Tovuz rayon Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.

Gecə hər iki şəxs dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More