ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında etdiyi çıxışda ölkənin hazırkı administrasiyasının miqrasiya siyasətini tənqid edib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
D.Tramp vurğulayıb ki, ABŞ-nin vitse-prezidenti və seçkidə onun rəqibi olan Kamala Harris vəzifə tutduqdan sonra qəsdən ABŞ-nin sərhədlərini hamının üzünə açıb.
O, həmçinin qeyd edib ki, K.Harris ABŞ-nin qapısını dünyanın hər yerindən olan dustaqların və psixi xəstələrin üzünə açıb.
“Biz zibilxanayıq, biz dünya üçün zibil qabıyıq”, – deyə D.Tramp söyləyib.
D.Tramp, həmçinin vəd edib ki, seçkidə qalib gələcəyi təqdirdə noyabrın 5-də Amerikanın Azadlıq Günü olacaq.