Beynəlxalq Atletika Federasiya Yaroslava Maquçixin bu yay Parisdə keçirilən yarışda 2.10 m hündürlüyə tullanmada əldə etdiyi qalibiyyəti təsdiqləyib.
Oxu.Az xəbər verir ki, Brilyant Liqasının fransız mərhələsində Maquçix 1987-ci ildən bəri mövcud olan hündürlüyə tullanma rekordunu yeniləyib.
Qeyd edək ki, 1987-ci ildə bu idman növündə dünya rekorduna Stefka Kostadinova imza atmışdı – bolqarıstanlı atlet 2.09 m hündürlüyə tullanmışdı.