Ağcabədidə dəm qazından zəhərlənən 92 yaşlı qadın ölüb.
“Report” xəbər verir ki, Arazbar kənd sakinləri 1932-ci il təvəllüdlü Gövhər Abduləli qızı Soltanova və 1995-ci il təvəllüdlü Mirismət Xudaverdi oğlu Soltanov yaşadıqları evdə dəm qazından zəhərlənib.
Nəticədə Gövhər Soltanova zəhərlənmə nəticəsində ölüb, Mirismət Soltanova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.