5 yaşlı Ağamətova Cəmilə qan xərçəngindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası Ağamətov Cəmil məlumat verib.
O qeyd edib ki, iki gün öncə 3 yaşlı oğlu Emil bədxassəli şişdən dünyasını dəyişib:
“Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Oğlumu itirdim, amma qızımın yaşamaq şansı var. Xalqımdan xahiş edirəm bizə əl tutsunlar. Cəmiləyə ilik nəqli olub. Donoru özüm olmuşam. Amma onun müalicələri davam edir. Hazırda Türkiyədədir. Cəmilənin ayaqları tutulub. Bizə ilkin xərcləri qarşılaya bilməyimiz üçün 30 min manat lazımdır”.
Əlaqə nömrəsi: 051 710 22 00
Qeyd: Videoda 12 gün öncə vəfat edən Emildir.