Gürcüstan parlament seçkisi: “Gürcü Arzusu” irəlidədir

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib.

Oxu.Az xəbər verir ki, saat 20:00-a olan ilkin məlumata görə, seçici fəallığı 58,94 % təşkil edib.

Səslərin 97%-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,99 % səs toplayıb.

Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:

“Dəyişiklik Koalisiyası” – 11,2%, “Vahidlik – Milli Hərəkat” – 9,8%, “Güclü Gürcüstan” – 9%, “Qaxariya – Gürcüstan naminə” – 8,2%.

Qalan partiyalar 5%-lik hıddikeçə bilməyiblər.

Parlament seçkiləri ilə əlaqədar 3 111 seçki məntəqəsi açılıb. Bunlardan 3 044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.

Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More