İşə düzəltmək adı ilə insanların pullarını aldı – Həbs olundu

Şirvanda dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən xəbərə görə, saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək, onlara yüksəkməvacibli işlə təmin olunmalarında köməklik göstərəcəyi barədə yalan vədlər verib.

F.Xəlilov ümumilikdə 15 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More