İsrail doğrudanmı İrana güclü zərbə endirib?

“İsrailin İrana endirdiyi zərbələr zamanı 20 obyektin vurulduğu və 100 İsrail hərbi təyyarəsinin iştirak etdiyi barədə məlumatlar yalandır”.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İranın “Tasnim” agentliyi öz mənbəsinə istinadla xəbər yayıb.

Xəbərdə xarici mediada əvvəllər dərc edilmiş məlumatlar təkzib edilib və bildirilib ki, vurulan hədəflərin real sayı 20-dən xeyli azdır.

Mənbə, həmçinin, zərbənin İran xaricindən endirildiyini və dəymiş ziyanın məhdud xarakter daşıdığını təsdiqləyib.

Hücumda 100 İsrail hərbi təyyarəsinin iştirakı barədə məlumat isə “tamamilə yalan” adlandırılıb və İsrail öz “zəif hücumunun miqyasını şişirtməyə” cəhddə günahlandırılıb.

Qeyd edək ki, bundan əvvəl “The Jerusalem Post” və “The New York Times” qəzetləri İsrailin İrana endirdiyi genişmiqyaslı zərbə barədə məlumat vermişdi. Bildirilirdi ki, zərbədə “F-35” qırıcıları da daxil olmaqla 100-dən çox təyyarə iştirak edib və vurulan hədəflərin sayı 20-yə çatıb.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İranın strateji obyektlərinə üç silsilə aviazərbələr endirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More