İsrailin İrana vurduğu zərbələrdən dəyən zərər açıqlandı

“İsrailin İrana vurduğu zərbələrdən dəyən ziyan cüzi qiymətləndirilir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İranın IRNA dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, İsrail Tehran, Xuzistan və İlam vilayətlərindəki hərbi hissələrə hücum edib.

“Nəticədə bəzi ərazilərə məhdud ziyan dəyib. Hücumların qarşısı İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla alınıb və dəf edilib, çünki hava hücumundan müdafiə (HHM) vasitələri Tehran ətrafında bir neçə rayonda və bütün ölkə ərazisində yerləşdirilib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gecə İsrail İrana hava zərbələri həyata keçirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More